Gənclər və idman ictimaiyyəti Azad Rəhimovun məzarını ziyarət ediblər (FOTO)

Gənclər və idman ictimaiyyətinin nümayəndələri Azad Rəhimovun məzarını ziyarət ediblər.

Gənclər və İdman Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu gün sabiq gənclər və idman naziri Azad Rəhimovun vəfatından 40 gün ötür. Bu münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi, gənclər təşkilatlarının və idman ictimaiyyətinin nümayəndələri A.Rəhimovun məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar.

Xatırladaq ki, 30 aprel 2021-ci il tarixdə vəfat edən gənclər və idman naziri Azad Rəhimov 2-ci Fəxri xiyabanda dəfn edilib.

Teqlər: