Gəncənin və Almaniyanın ali təhsil müəssisələrinin tələbələri Nizami Gəncəvi irsindən danışıblar (FOTO)

“Nizami Gəncəvi ili” çərçivəsində dünyaşöhrətli şairin yaşayıb-yaratdığı Gəncədə keçirilən videokonfransda Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Gəncənin və Almaniyanın ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

AzerTimes-ın məlumatına görə, Millət vəkili Pərvin Kərimzadə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmasından danışıb, qüdrətli söz və fikir ustadının parlaq irsinin əsrlərdən bəri dünyanın misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlaması haqqında əraflı məlumat verib.

Ölkə Prezidenti İlham Əliyev Nizami Gəncəvinin 880 illik yubileyi, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması haqqında imzaladığı Sərəncam dahi şairin insanları daim əxlaqi kamilliyə, elmə çağıran yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi dünyada təbliğ edilməsində müstəsna rol oynayacaq- deyə millət vəkili qeyd edib.

Almaniya WayhenştefanTrizdorf Universitetinin magistr tələbəsi Zamil Həsənov dahi şahir Nizami Gəncəvinin həyatı və əsərləri haqqında qonaqlara alman dilində geniş məlumat verib.


Gəncə Dövlət Universitetinin İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin əməkdaşı, Almaniya Ausburg universitetinin doktorantı Maqsud Vəliyev alman dilində Nizami Gəncəvinin əsərlərinin dünya mədəniyətinə bəxş etdiyi zəngin ədəbi irs və dünya ədəbiyyatına verdiyi töhfələri diqqətə çatdırıb.

Daha sonra Gəncə Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin tərcüməçisi Səkinə Tağıyeva Nizami Gəncəvinin şeirlərini alman dilində səsləndirib, dahi şairin irsindən bəhs edən videoçarx nümayiş etdirilib.

Almaniyadan tədbirə qatılan avstriyalı gənclər Lyli Scholz və Rachel Mahunde, alman tələbələr Johanna Müller, Michael Wasser və Baguma Solomon, çıxış edərək, Nizami Gəncəvi irsi ilə tanış olduqlarından məmnun olduqlarını qeyd ediblər.

Teqlər: