Gəncədə yük avtomobili yaşayış evinə çırpılıb, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı yaşayış evinə çırpılması barədə məlumat daxil olub.

FHN-dən AzerTimes-a verilən məlmata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Teqlər: