Gəncədə LUKoil yanacaqdoldurma məntəqəsində partlayış oldu

Gəncədə LUKoil yanacaqdoldurma məntəqəsində partlayış oldu

Bir neçə dəqiqə bundan öncə Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yaşanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb. Yanğın saat 12:25-də söndürülüb.