Gəncədə sakin bıçaqlandı

Gəncədə sakin bıçaqlandı

İyunun 4-də axşam saatlarında Gəncədə bıçaqlanma olub.

Məhsəti qəsəbə sakini, 1993-cü il təvəllüdlü Rzayev Emin Habil oğlu qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. E.Rzayev bir neçə şəxs tərəfindən döyülərək bıçaqlandığını bildirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.