Gəncə sakini naməlum şəxs tərəfindən bıçaqlandı

Gəncə sakini naməlum şəxs tərəfindən bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi olub.

Şəhər sakini 1983-cü il təvəllüdlü Hacıyev Yaqub qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildiirilir.

Y. Hacıyevin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.