Yeznə qaynını baltaladı

Yeznə qaynını baltaladı

Gədəbəy rayonunda mülk üstündə dava olub, xəsarət alan var.

Hadisə rayonun Söyüdlü kəndində baş verib.

Kənd sakini, 1975-ci il təvəllüdlü Pirverdiyev Natiq Bayram oğlu ilə bacısının yoldaşı arasında baş verən dava zamanı yeznəsi onun baş nahiyəsinə balta ilə iki dəfə zərbə endirib. Xəsarət alan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. N.Pirverdiyevin sözlərinə görə, yeznəsi onun evinə gələrək mülkün ona məxsus olduğunu deyərək balta ilə xəsarət yetirib.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.