Gədəbəydə yabanı halda bitən çətənə kolları məhv edilib (FOTO)

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gədəbəy rayonu Dəyə-Qarabulaq kəndinin yaylaq ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, ümumi çəkisi 932 kiloqram olan, 1432 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Teqlər: