Füzulidə minaya düşən mülki şəxslərin adları məlum oldu, cinayət işi açıldı

Fevralın 2-də saat 17 radələrində vətəndaşlar 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində B.İmanov həlak olmuş, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

Füzuli rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır.

Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.

Teqlər: