Füzulidə “Köndələnçay-1″ su anbarına balıq körpələri buraxılıb (ƏLAVƏ OLUNUB)

Füzuli. Samir Əli – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Füzuli rayonun Qaraməmmədli kəndinətəşkil edilən mediatur çərçivəsində “Köndələnçay-1 su anbarı”na 1500 ədəd balıq körpəsi buraxılıb.

AzerTimes-ın məlumatına görə, nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib ki, balıqlardan 1000-i çəkikimilər sinfinə aid olan sazan, 500-ü isə ağ amur balıq körpələridir: “Buraxılan balıq körpələri məhz bu su hövzələri üçün xarakterikdir. Məqsədimiz təbbi artıma dəstək verməkdir. Uzun müddətdir ki, bu ərazilərin ermənilər tərəfindən istismar olunması balıqların nəslinin kəsilməsinə gətirib çıxarıb. Bu kimi tədbirlərin keçirilməsi balıqların artırılmasına səbəb olacaq”.

Xidmət rəisi qeyd edib ki, Qarabağ zonasında ən çox çirkləndirilmiş çay Oxçu çayıdır: “Biz digər çaylardan da su nümunələri götürdük. Analizin nəticələrinə əsasən hansı çaylara, hansı su hövzələrinə balıqların buraxılması müəyyənləşib”.

F.Əliyev balıq ovu ilə bağlı da əhaliyə çağırış edib. Onun sözlərinə görə, balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2021-ci il tarixindən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir: “Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və bu müddətdə balıq ovu ilə məşğul olan hər kəsi balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirik. Bu müddətdə balıq ovlanması qadağandır”.

XXX

11:34

Füzuli rayonunda yerləşən “Köndələnçay-1″ su anbarına ümumilikdə 1500 balıq körpəsi buraxılacaq.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, balıqlardan 1000-i çəkikimi və 500-ü ağamur balıq körpələridir:

“Bu proses işğaldan azad olunan ərazilərdəki su hövzələrində balıqların təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək”.

Teqlər: