Füzulidə kombayn yanıb

Füzuli rayonunun Alxanlı kəndində “NİVA” markalı kombaynın mühərrik hissəsi və 1 ədəd arxa təkəri yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, kombaynın qalan hissəsi və yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Teqlər: