Futbol üzrə millimizin təlim və məşq vaxtları bəlli oldu

Futbol üzrə millimizin təlim və məşq vaxtları bəlli oldu

Azərbaycan yığmasının təlim-məşq toplanışının vaxtı məlum olub.

Bu barədə İtaliya mətbuatına millimizin yeni çalışdırıcısı Canni de Byazinin köməkçisi olacaq Alessandro Skayya məlumat verib.

O bildirib ki, sentyabrın 5-də Millətlər Liqasında keçiriləcək ilk oyunu nəzərə alaraq toplanış avqustun 28-i başlayacaq.

Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Kiprlə üz-üzə gələcək.