Futbol üzrə İtaliya çempionatı: “Atalanta” “Yuventus”a qalib gəldi

taliya futbol çempionatının 31-ci turunun matçında “Atalanta” öz meydançasında “Yuventus” u 1 0 hesabı ilə məğlub etdi.

Trend xəbər verir ki, oyunda yeganə qolu Ruslan Malinovski vurub (87-ci dəqidqə).

“Atalanta” hazırda turnir cədvəlində 31 oyundan 64 xal toplayaraq üçüncüdür. “Yuventus” 62 xala sahibdir və cədvəldə dördüncü yerlərdədir.

Növbəti turda 22 apreldə “Atalanta” “Roma” ilə səfərdə oynayacaq, “Yuventus” isə bir gün əvvəl “Parma”yı qəbul edəcək.

Teqlər: