Futbol üzrə İspaniya çempionatında “Atletiko” “Valensiya”nı məğlub etdi

İspaniya Futbol Çempionatının 20-ci tur matçında “Atletiko” öz meydançasında “Valensiya”nı məğlub etdi.

AzerTimes-ın məlumatına görə, görüş 3:1 hesabı ilə başa çatıb.

Qolları qaliblər tərəfindən joau Feliş (23-cü dəqiqə), Luis Suares (54) və Anxel Korrea (72), digər tərəfdən isə Uroş Raçiç (11) vurublar.

Madrid komandası ardıcıl altıncı qələbəsini qazandı və 47 xalla turnir cədvəlində birinci yerdədir. “Valensiya” 20 xalla 14-cü sırada yer alıb.

Növbəti turda yanvarın 31-də “Atletiko” səfərdə “Kadis” ilə oynayacaq, Valensiya bir gün əvvəl “Elçeni” qəbul edəcək.

Teqlər: