Futbol üzrə Avropa çempionatı start götürdü: İtaliya Türkiyə ilə qarşılaşır

Xəbər - Orxan Nəbiyev – Trend:

İtaliyanın paytaxtı Romada AVRO-2020 futbol üzrə Avropa çempionatı başlayıb.

AzerTimes-ın məlumatına görə, turnirin ilk matçında A qrupunda mübarizə aparan İtaliya və Türkiyə qarşılaşır.

Qeyd edək ki, A qrupunun daha 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu iyunun 12-də İsveçrə-Uels, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.


AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Teqlər: