“Freedom House” erməni siyasətçilərin nifrət ritorikasından narahatdır

Xəbər - Nərgiz Sadıxova – AzerTimes:

“Freedom House” beynəlxalq təşkilatı Ermənistanda seçkiqabağı dövrdə siyasətçilərin istifadə etdiyi aqressiv və nifrət ritorikasından narahatlığını bildirib.

AzerTimes-in məlumatına görə, bu barədə təşkilatın bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bu ritorika cəmiyyətdə destruktiv qütbləşməyə və nifrətin qızışdırılmasına xidmət edir.

“Freedom House” seçkiqabağı dövrdə bu cür ritorikadan uzaq durmağa çağırıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: