Fransalı parlamentarilər erməni vandalizmini gördükcə heyrətlərini gizlədə bilmirdilər – Soltan Məmmədov (FOTO/VİDEO)

Bu günlərdə Fransa Milli Assambleyasının bir qrup deputatı Azərbaycana səfər edib, işğaldan azad edilmiş ərazilərə yollanıb. Fransalı qonaqları Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov müşaiyət edib.

S.Məmmədov səfərin məqsədi, təəssüratlar barədə AzerTimes-a geniş açıqlama verib. Millət vəkili bildirib ki, fransalı deputatlar Qarabağda gördükləri erməni vəhşiliklərindən dəhşətə gəldiklərini bildiriblər:

“Onlar yol boyu izlədikləri dağıntıları, xarabalıqları və erməni vandalizmini gördükcə heyrətlərini gizlədə bilmirdilər. Fransalı qonaqlar inana bilmirdilər ki, bu vəhşilikləri insan edə bilər. Qonaqlar bu vəhşiliyi təkcə Azərbaycan xalqına və tarixinə qarşı deyil, ümumilikdə dünya mədəni irsinə qarşı olan soyqırım kimi qiymətləndirdilər”.

S.Məmmədov onu da əlavə edib ki, fransalı parlamentarilər azad edilmiş ərazilərdə dağdılmış və təhqir edilmiş dini abidələr və məscidlərə də baş çəkib, ermənilərin qeyri-insani davranışları qarşısında dərin sarsıntı və təəssüflərini ifadə ediblər.

Bununla yanaşı Azərbaycan ərazisində dövlətin qoruduğu xristian kilsələri və yəhudi sinqoqları ilə də tanış olublar. Onlar Azərbaycan dövlətinin, xüsusilə də Heydər Əliyev Fondunun dini tolerantlıq və multukulturalizmə böyük önəm verdiyini xüsusi məmnunluq hissi ilə vurğulayıblar.

Soltan Məmmədovla geniş videomüsahibəni təqdim edirik:

Teqlər: