Fransada xilasedicilərin helikopteri qəzaya uğrayıb

Fransanın İzer departamentinin xilasetmə xidmətinin helikopteri ölkənin cənub-şərqində qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə mənbələrə istinadən “BFM” telekanalına istinadən xəbər verib.

Məlumata əsasən, helikopterin göyərtəsində 5 nəfər olub.


Fransanın daxili işlər naziri Jerald Darmanenin sözlərinə görə, qəza nəticəsində 1 nəfər həlak olub. Digər 4 nəfər barədə məlumat verilmir.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Qəzanın səbəbi məlum deyil.