Fransada silah satışı ilə məşğul olan cinayətkar dəstə saxlanılıb

Fransız jandarmaları ölkədə qanunsuz silah alveri ilə məşğul olan cinayətkar dəstənin üzvlərini tutublar.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, gedişatında səkkiz nəfərin nəzarətə alındığı xüsusi əməliyyat ölkənin cənub-qərbində Lion şəhərinin yaxınlığında keçirilib.

Bildirilir ki, artıq saxlanılanların hamısına qarşı qanunsuz silah daşınması və ticarəti ilə bağlı ittiham irəli sürülüb.


Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 100-nün polis nişanları olmaqla 400 zirehli bədən qoruyucusu, 11 odlu silah, döyüş sursatı və nağd pulla 214 000 avro aşkar ediblər.

İstintaq 2018-ci ildə Ron departamentində, iş üzrə ilk həbslər isə 2019-cu ilin mayında başlanıb. Ümumilikdə dəstənin 19 üzvü saxlanılıb.

Teqlər: