Fransada sanitar buraxılış vərəqələrinə qarşı mitinqlərə 200 mindən çox sakin qoşulub

Fransada sanitar buraxılış vərəqələrinin tətbiqinə qarşı keçirilən etiraz aksiyalarında 204 min insan toplanıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirlikdən verilən məlumata əsasən, aksiyalar Lion, Marsel, Nitsa, Monpelye və digər böyük şəhərlərdə təşkil edilib.

İğtişaşlar zamanı 19 nəfər saxlanılıb.

Xatırladaq ki, respublikada 9 avqust tarixindən başlayaraq bar, restoran, ticarət mərkəzləri və 50 nəfərdən çox iştirakçısı olan tədbirlərə daxil olmaq üçün sanitar buraxılış vərəqələrinin tələb olunması, təyyarə və uzaq məsafə qatarlarına yalnız koronavirusa qarşı peyvəndlənən və testinin mənfi nəticəsini göstərən sənədi təqdim edənlərin buraxılması planlaşdırılır.

Teqlər: