Fransada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 20 064 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 629 891 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 412 nəfər ölüb, ölənlərin ümumi sayı 85 044 nəfər təşkil edir.