Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər

Xəbər - Orxan Nəbiyev – Trend:

Fransada koronavirus pandemiyası ilə əlaqədar fövqəladə sanitar vəziyyət payıza qədər uzadıla bilər.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Olivye Veran deyib.

O bildirib ki, bu, peyvəndləmə prosesi ilə bağlıdır:


“Hətta peyvəndləmə prosesi ən yüksək səviyyədə təşkil olunsa belə, yay aylarına qədər həssas qrupa daxil olan hər kəsi peyvəndləmək mümkün olmayacaq. Ona görə də fövqəladə sanitar vəziyyətin payıza qədər uzadılması təklif olunur”.

Hazırda iyulun 1-dək qüvvədə olan vəziyyət sentyabrın 30-dək uzadıla bilər.