Fransa Bakı və Yerevan arasında dialoqun inkişafı üçün əlindən gələni etməyə hazırdır – Makron

Fransa Ermənistanla Azərbaycan arasında sülhün bərpasına və dialoqun inkişafına kömək edəcək.

AzerTimes-in məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla görüşü zamanı bildirib.

O deyib ki, Fransa ATƏT Minsk qrupunun həmsədri qismində Rusiya və ABŞ-la birgə tərəflər arasında birbaşa dialoqun bərpa olunması üçün hər şeyi etməyə hazırdır.

E.Makron vurğulayıb ki, sərhədyanı insidentlərlə əlaqədar delimitasiya prosesi sırf danışıqlar yolu ilə və güc tətbiq olunmadan aparılmalıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: