Formula 1 Azərbaycan Qran Prisinin qalibləri mükafatlandırılıb (FOTO)

Formula 1 Azərbaycan Qran Prisi 2021-in qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, kürsünün ən yüksək pilləsinə yarışı birinci yerdə başa vuran “Red Bull Racing” komandasının pilotu Serxio Peres qalxıb.

İkinci yeri tutan “Aston Martin” komandasının pilotu Sebastyan Fettel və üçüncü yeri tutan “AlphaTauri” komandasının pilotu Pyer Qasli də mükafatlandırılıb.


Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində keçirilib.

Teqlər: