“Fitch” neft qiymətləri ilə bağlı proqnozu artırıb

Xəbər - Orxan Nəbiyev – Trend:

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2021-cil üçün neft qiymətləri üzrə proqnozlarını artırıb.

Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, proqnozun yaxşılaşdırılması bazarda dünya bazarında tələbatın gözləniləndən daha güclü bərpasını, eləcə də OPEC+ mexanizminin yeni dəstəkləyici hasilat siyasətini əks etdirir.


Belə ki, 2021-ci il üçün “Brent” markalı neftin 1 barelinin qiymət proqnozu 45 dollardan 58 dollara artırılıb. 2022-ci il üçün isə proqnoz 50 dollardan 53 dollaradək yüksəldilib.

Eyni zamanda, WTI markalı neftin qiyməti üzrə proqnozlar 2021-ci il üçün 42 dollardan 55 dollaradək, 2022-ci il üçün isə 47 dollardan 50 dollaradək artırılıb.

Teqlər: