Fırıldareytinq industriyası

Fırıldareytinq industriyası

Xoşqədəm Hidayətqızının və ATV telekanalının birgə lahiyəsi olan “Səni Axtarıram” lahiyəsinin şok video görüntülərini sizə təqdim edirik.

ATV-də yayımlanan “Səni axtarıram” verilişi ölkə telekanallarının reytinq göstəricisində öndə olub. Verilişdə ağlaşan tamaşaçılar əslində bu layihələrin hansı şəkildə gerçəkləşməsindən xəbərsiz olublar.

Azərbaycan teleməkanında ən reytinqli hesab edilən verilişlər insan taleləri ilə bağlı layihələrdir.

Xoşqədəm Hidayətqızı ilə Səni axtarıram TV proqramının ATV kanalında yayımlandığı dövrdə baş verənlərdir.Görüntülərdən belə bəlli olur ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Bu zaman efirə çıxarılacaq “qəhrəmanlar” başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Görüntülərdən bəlli olur ki, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim belə “qəhrəman”ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.
Məlumat üçün deyək ki, Xoşqədəm Hidayətqızı ATV-ni tərk etdikdən sonra veriliş ətrafında qalmaqal yaşanmışdı.

Qeyd edək ki, bu videonun üzə çıxması tək Xoşqədəm Baxşəliyevanı deyil, həm də Azad Azərbaycan Televiziyasının iç üzünü açmış oldu. İnanırıq ki, vətəndaşlarımız aldanaraq bu TV proqramlar qarşısında saatlarla oturmağı bir daha gözdən keçirmiş olacaqlar.