Finlandiya karantin tədbirlərini sərtləşdirir

Finlandiya koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən bu gündən karantin tədbirlərini sərtləşdirir.

Trend TASS-a istinadən xəbər verir ki, məhdudiyyətlər 28 martadək davam edəcək.

Tətbiq olunan tədbirlər çərçivəsində restoran, bar, kafe və gecə klublarının bağlanması planlaşdırılır, iş yerlərinin məsafədən fəaliiyət rejiminə keçirilmələri tövsiyə olunur, məktəblərdə orta və yuxarı sinflər üçün əyani dərslər dayandırılır.


Bununla yanaşı, bu tədbirlər epidemioloji vəziyyətinin sabit olan bölgələrə şamil edilməyəcək. Hazırda beş fin tibb bölgəsində vəziyyətin qənaətbəxş olduğu bildirilir. Ümumilikdə ölkə 21 tibb bölgəsinə bölünür, onlardan 16-da koronavirusun yayılması sürətlənib.

Finlandiyada koronavirus infeksiyasına yoluxma hallarının sayı son sutkada 511 artaraq 62 063-ə çatıb. Ümumilikdə ölkədə infeksiyanın yaratdığı fəsadlardan 767 nəfər dünyasını dəyişib.

Teqlər: