Filippində koronavirusa qarşı vaksinasiya başlayıb

Filippində yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiya kampaniyası başlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, vaksinasiya kampaniyası çərçivəsində Çin istehsalı olan “CoronVac” peyvəndlərindən istifadə edilir.

Bildirilir ki, ölkədə koronavirusa qarşı ilk Filippin Baş Xəstəxanasının rəhbəri Herardo Leqaspi peyvənd olunub.

Xatırladaq ki, Filippinə “CoronaVac” peyvəndlərinin ik partiyası fevralın 28-i gəlib. Ölkə sözügedən peyvənddən 600 min doza alıb.