Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 29-a çatıb

Filippinin Xolo adasında ölkə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəza yerində xilasedicilər 29 cəsəd aşkar edib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

Məlumata əsasən, daha 17 nəfərin itkin düşmüş kimi olaraq qalır. Xəsarət alanların sayı 50 nəfərə qədər yüksəlib.

Əlavə məlumat verilməyib.