Fermadan 176 baş qoyun oğurlayan şəxslər saxlanıldı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayının 27-də Muğan Gəncəli kəndi ərazisində yerləşən fermaların birindən 176 baş qoyun oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, araşdırmalarla onların Salyan rayon sakini Tufan Bayramov və Gəncə şəhər sakini Vilayət İsrafilov olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.


Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, dəstə üzvlərinin digər oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.

Teqlər: