“Facebook” xidmətlərinin tədricən bərpasını təsdiqlədi

“Facebook” şirkəti xidmətlərinin tədricən bərpasını təsdiqləyib.

AzerTimes-ın məlumatına görə, bu barədə “The New York Times” qəzetinə sosial şəbəkənin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, xidmətlər tədricən bərpa edilir, amma onların “işinin sabitləşməsi üçün bir az vaxt lazım olacaq”.

Xatırladaq ki, daha əvvəl dünyadakı, o cümlədən Azərbaycandakı bir sıra istifadəçi “Facebook” və “Instagram” sosial şəkələrinin fəaliyyətinin bərpa edildiyini bildirib.