“Facebook” və “İnstagram”ın işində qüsurlar yaranıb

“Facebook” sosial şəbəkəsinin işində bir sıra ölkədə qüsurlar müşahidə edilir.

AzerTimes-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.

Məlumata əsasən, texniki qüsurlar əsasən ABŞ, Kanada, Çexiya, Yunanıstan, Braziliya, Yeni Zelandiya və digər ölkələrdə qeydə alınıb. Bildirilir ki, “Facebook Messenger” xidmətində də qüsurlar müşahidə edilir.

İstifadəçilərin həmçinin “İnstagram” sosial şəbəkəsinin də işində qüsurlardan şikayət ediblər. Şikayətlər əsasən saytın işi və xəbər lentinin yüklənməsi ilə bağlıdır.