Facebook şərhlərdə mübahisələrin qarşısını almaq üçün süni intellekti sınaqdan keçirir

“Facebook” şirkəti sosial şəbəkənin qruplarındakı təhqiramiz şərhləri işarələmək üçün süni intellekti sınaqdan keçirir.

AzerTimes-ın məlumatına görə, bu barədə CNN televiziya kanalı xəbər verib.

Məlumata əsasən, süni intellekt “mübahisəli” və potensial münaqişəli şərhləri işarələyəcək və qrup administratoruna müvafiq xəbərdarlıqlar göndərəcəkdir.

Bundan əlavə, qruplarda uyğun olmayan olan mesajlar “moderation alert” xəbərdalığı alacaq.