Facebook’dan növbəti yenilik

Facebook’dan növbəti yenilik

“Facebook” şirkəti eyniadlı sosial şəbəkənin rəsmi əlavəsində ən yaxın Wi-Fi şəbəkəsinin axtarışı funksiyasını inteqrasiya edib.

Seçim artıq “Android” və iOS idarəetməsində olan mobil cihazlar üçün növbəti yenilənmədən sonra istifadədə olacaq.

Qeyd etmək lazımdır ki, yenilik əvvəlcə bir neçə ölkədə sınaqdan keçirilib və özünü yaxşı tərəfdən göstərib. Mobil şəbəkə pis tutduğu halda, istifadəçilər operativ olaraq daha yaxın olan boş Wi-Fi şəbəkəsinə qoşulmaq imkanına malik olublar və “Facebook”a çıxışı bərpa ediblər.

“Find Wi-Fi” seçimi xəritədə boş simsiz şəbəkəyə daxil olmaq üçün təşkilatların olduğu yerlərin xəritəsində məlumatlara baxmaq imkanı verəcək. Sonradan istifadəçilər qeyd edilən lokasiyaya keçməklə internetə girişi bərpa edə biləcəklər. “Facebook”a qoşulmaq üçün ictimai yerlərin mövcudluğu barədə məlumatları müəssisələr özləri verirlər.