F2 üçüncü sprint yürüşünə start verilib

Xəbər - Elçin Mehdiyev – Trend:

İyunun 6-da Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışlarının üçüncü sprint yürüşünə start verilib.

AzerTimes-ın məlumatına görə, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.

Bunun ardınca isə F1 pilotlarının təqdimatı keçiriləcək.


Günün ikinci yarısı isə əsas F1 yarışına start veriləcək. Əsas yarışa start verilməzdən əvvəl Azərbaycan Dövlət Himni səsləndiriləcək. Ondan sonra, saat 16:00-18:00 ərzində Formula 1 Azərbaycan Qran Prisi 2021 baş tutacaq və qalib müəyyən ediləcək.

Qeyd edək ki, Formula1 Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində keçirilir.

Teqlər: