F2 üçüncü sprint yarışında ilk qəza

Xəbər - Elçin Mehdiyev – Trend:

Formula 1 üzrə Azərbaycan Qran prisi çərçivəsində F2 üçüncü sprint yarışında ilk qəzalar verib.

AzerTimes-ın məlumatına görə, “Dams” komandasından Markus Armstronq “Art Grand prix”də çıxış edən Teo Porşare ilə toqquşub.

Bolidə nəzarəti itirən Armstronq təhlükəsizlik maneəsinə çırpılıb və Porşare ilə birlikdə yarışdan kənarda qalıb.


Bundan əlavə, “HWA Racelab”dən Matteo Nannini də qəza törətdiyi üçün həmkarlarının aqibəti ilə üzləşib.

Teqlər: