Əvvəlki illərdə təhsili başa vura bilməyən 250 nəfər attestat alıb

Xəbər - Elçin Mehdiyev – Trend:

250 nəfər eksternat imtahanları vasitəsilə attestat almağa müvəffəq olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzerTimes-a verilən məlumata görə, müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2020-2021-ci tədris ilində təşkil edilən onlayn eksternat imtahanlarında ümumilikdə 316 nəfər iştirak edib.


Onlardan 250 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Teqlər: