Evi tərk edən koronavirus xəstəsi saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə keçirilən reydlər zaman aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, vətəndaş Mübariz İbrahimovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarılıb.


M.İbrahimov barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Teqlər: