Əvəzolunmaz detoks çayları

Əvəzolunmaz detoks çayları

Yaz aylarında detoks çaylarından istifadə etmənizi tövsiyə edirik. Bu detoks çaylar həm orqanizmi toksinlərdən təmizləyəcək, həm də sizi artıq çəki, şişkinlikdən xilas edəcək.

Təkrarolunmaz ətir, xüsusi dad və isti əhval-ruhiyyə – detoks çaylar sizə məhz bunu vəd edir.

Hind detoks çayı
Tərkibi – 4 stəkan su, 40 qram çəkilmiş zəncəfil, 3 qaşıq sarıkök, 1 çay qaşığı bal, limon, qırmızı istiot, darçın çubuq.
– Suyu qaynayana kimi isidin. Ona zəncəfil, istiot və sarıkök əlavə edin. 15 dəqiqə az qazda isidin. Limon dilimi, çubuq darçın və balı öz fincanınıza əlavə edin. Bütün məhsulları məhz fincanda qarışdıraraq için.

Reyhan çayı
Tərkibi – 15 yarpaq reyhan, 1,5 çay qaşığı zirə, 7-8 nazik dilim zəncəfil, 6 stəkan su, limon suyu, çubuq darçın.
– Bu çayın tərkibindəki məhsullar daxili orqanların fəaliyyətini yaxşılaşdırır. Limon istisna olmaqla, digər məhsulları 5 dəqiqə ərzində qazda isidin. İçməzdən öncə isə limon suyunu əlavə edin.

Moruq çayı
Tərkibi – 1 litr su, dondurulmuş moruq, yarım naringi və limonun şirəsi, 2 ədəd qərənfil, çubuq darçın suyu. Bu çay həm də soyuqdəymənin ilkin əlamətlərinin qarşısını alır, maye balansını tənzimləyir, şlakları təmizləyir.
– Moruqlu suyu 10 dəqiqə qaynadın. Daha sonra meyvə limon şirəsini, daha sonra darçın və qərənfili əlavə edib asta qazda yarım saat saxlayın.

Doyumcul detoks
Tərkibi – 7 stəkan su, kişmiş, darçın, zəncəfil, kakao (hərəsindən bir qaşıq), 3 qaşıq bal, 2 qaşıq nanə yarpağı.
– Bu çay dərinin rəngini açır, mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır, vaxtsız qocalmanı ləngidir, soyuqdəyməni çıxarır və əhvalı qaldırır.