Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Estoniyada mayın 17-dən iyunun 5-dək NATO-nun genişmiqyaslı hərbi təlimləri keçiriləcək.

AzerTimes-ın məlumatına görə, “Yaz qasırğası” adlı təlimlərə 7 minədək hərbçi qatılacaq.

Təlimlərdə Estoniya, ABŞ, Böyük Britaniya, Latviya, Polşa, İtalitya, Fransa və Danimarka silahlı qüvvələri iştirak edəcək.