Estoniyada bir aylıq sərt karantin tətbiq edilir

Estoniya hökuməti koronavirusun Böyük Britaniyada aşkarlanan ştammının yayılması ilə əlaqədar martın 11-dən bir ay müddətinə sərt karantin tətbiq edir.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Estoniyanın baş naziri Kaya Kallas deyib.

K.Kallas bildirib: “Biz mümkün olduğu qədər ölkəni bağlamağa qərar verdik”.

Qeyd edək ki, son məlumatlara əsasən Estoniyada 76 183 nəfər koronavirusa yoluxub, 667 nəfər isə koronavirusdan ölüb.