Əsgər bayram namazı qılırmı?

Əsgər bayram namazı qılırmı?

Bu gün müsəlmanların müqəddəs bayramı – Fitr bayramıdır.

Təzəpir məscidində saat 09:00-da bayram namazı qıldırıldı. Daha sonra Şeyx Allahşükür Paşazadə mətbuat nümayəndələrinin suallarını cavablandırdı.

Sonda 26 iyun Silahlı Qüvvələr günü olduğu Şeyxə xatırlatdırıldı.

Sonuncu vacib sualı biz verdik: “Əsgərlər hərbi hissələrdə bayram namazını cəm olaraq qılırmı ?” sualına çox ötəri cavab aldıq. Həmin video-görüntünü sizə təqdim edirik.

Qeyd edək ki, Qafqaz Müsəlmanlar İdarəsinin hərbi hissələrdə əsgərlərin dini mədəniyyəti və onların ibadətlərinin etmələri haqqında heç bir xəbəri yoxdur. Bu ötəri və ötürmə cavab da buna nişanədir.