“Əsas Məsələ”də qondarma erməni soyqırımı və bundan istifadə edən imperialist dövlətlər məsələsi müzakirə olunub

Ermənistan tarixi boyu azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirib.

“Biz əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq”.

Bu sözləri Prezident İlham Əliyev bir neçə dəfə səsləndirib. Ermənilər tarixi necə təhrif edirlər? Niyə uydurma erməni soyqırımı siyasətini ortaya atırlar? Bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da qondarma erməni soyqırımı və bundan istifadə edən imperialist dövlətlər məsələsi siyasəti olub. Verilişin qonaqları Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulisi Kılıç, ”Asvison.az” saytının baş redaktoru Vüsal Məmmədov, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı və tarixçi-alim Hafiz Cabbarov bildiriblər ki, ”Uydurma soyqırımı” qərb dövlətləri üçün Türkiyəyə təzyiq alətidir. Qeyd olunub ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır.


Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=iqNqq3Li30g

İnformasiya dəstəkçisi TREND

Teqlər: