“Əsas Məsələ”də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilana səfəri müzakirə olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının Zəngilan rayonunun Ağalı kəndində, xalqımızın illərlə səbirsizliklə gözlədiyi “Böyük qayıdış” prosesinin başlandığını elan etməsi çox qürürvericidir. Səfər zamanı ölkə başçısı Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışından sonra sərhədçilərlə görüşüb. Görüşdə Azərbaycan Prezidenti bir daha Ermənistanda baş qaldıran revanşist qüvvələrə çirkin əməllərindən əl çəkmək xəbərdarlığını etdi.

Trend xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri olub. Verilişin qonaqları politoloq Araz Qurbanov, nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov, Azərbaycan Yazıçılar Birlyinin üzvü Elvin Əlizadə və siyasi ekspert Elşən Məcidov bildiriblər ki, Cəbrayıl və Zəngilanda böyük yenidənqurma işləri aparılır. Bu da onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində bu rayonlar tezliklə dirçələcək, həmçinin tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəkçisi TREND

Teqlər: