“Əsas Məsələ”də Ermənistanın revanşizmi, üzərinə düşən öhdəliklərdən boyun qaçırması kimi məsələlər müzakirə olunub

Aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində həm yerli, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran bir çox məsələlər barədə ətraflı açıqlamalar verdi. Dövlət başçısı hər zaman olduğu kimi, bu dəfə də açıq və birmənalı cavabları ilə Azərbaycanın bu və ya digər məsələ ilə bağlı konkret mövqeyini ortaya qoydu, ölkəmizin maraqlarının bütün hallarda prioritet olduğunu bir daha vurğuladı.

Trend xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ” verilişinin əsas mövzusu da Prezident İlham Əliyevin müsahibədə dediyi fikirlər və Ermənistanın yürütdüyü revanşizm siyasəti olub. Verilişin qonaqları politoloq Elxan Şahinoğlu, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç və Bakı Dövlət Universitetinin Jurnalistika fakulətəsinin dekanı, politoloq Vüqar Zifəroğlu bildiriblər ki, Azərbaycan regionda yeni əməkdaşlıq mühiti yaradıb. Ermınistan isə qeyri-konstruktiv mövqeyini davam etdirir.

Verilişə videobağlantı vasitəsi ilə qoşulan qardaş Türkiyənin “Vətən” partiyasının sədri Doğu Pərinçək isə bildirib ki, Ermənistan etdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdır.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.


https://www.youtube.com/watch?v=Gi7O6VqHY-w

İnformasiya dəstəkçisi TREND

Teqlər: