“Əsas Məsələ”də bir qrup media nümayəndəsinin Rusiyanın ölkəmizdəki səfirliyinə ünvanladığı müraciət müzakirə olunub (VİDEO)

Şuşa şəhərində Rusiyaya məxsus “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.

Trend xəbər verir ki, ölkəmizin bir qrup media nümayəndəsi və blogerlər bu məsələ ilə bağlı Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb. Bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da Şuşaya “İsgəndər-M” raketi atılması və bununla bağlı Rusiya səfirliyinə edilən müraciət olub. Verilişin qonaqları Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Real Televiziyasının hərbi analitiki İlqar Mikayıloğlu və politoloq Zaur Məmmədov bildiriblər ki, Şuşada məhz “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub.Bu günə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı verilməyib. Azərbaycanın media nümayəndələri də haqlı olaraq bu məsələ ilə bağlı Rusiya səfriliyinə müraciət ünvanlayıblar.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəkçisi TREND

Teqlər: