“Əsas Məsələ”də 2016-cı ilin Aprel döyüşləri müzakirə olunub (VİDEO)

Şanlı Aprel döyüşlərindən beş il ötür. “Vətən müharibəsində qazanılan qələbədən sonra aprel döyüşlərinin əhəmiyyəti daha aydın göründü”,”Aprel döyüşləri Azərbaycan dövlətinin və Ordusunun gücünü düşmənə göstərdi”,”Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi”. İndi artıq hər kəsin dilində bu fikirlər səslənir. Bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sayılan 2016-cı ilin Aprel döyüşləri olub. Verilişin qonaqları Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Milli Məclisin deputatı Ceyhun Məmmədov və aprel döyüşləri qazisi Röyal Əşrəfov bildiriblər ki,dörd günlük aprel döyüşləri 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.


İnformasiya dəstəkçisi TREND

Teqlər: