Ermənistanın yeni təyin olunmuş müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edildi

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə nazirinin birinci müavini Arşak Karapetyanı vəzifədən azad edib.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, A.Karapetyan iyulun 20-də müdafiə nazirinin birinci müavini təyin olunmuşdu. Bundan əvvəl isə o, Baş qərargah rəisinin müavini vəzifəsindən azad edilmişdi.