Ermənistanın dövlət borcu kəskin artıb

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

Ermənistanda 2020-ci il üzrə dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 5,4 faizinədək yüksəlib.

AzerTimes-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Mərkəzi Bankının rəhbəri Martın Qalstyan deyib.

Dövlət borcu isə ötən illə müqayisədə 13,5 faiz artaraq ÜDM-in 63,5 faizinə çatıb.

Bank rəhbərinin sözlərinə görə, ötən il dövlət büdcəsinin xərcləri əvvəlki illə müqayisədə 16,3 faiz artıb.

Teqlər: