Ermənistanın beynəlxalq qanunları pozaraq mina xəritəsini Azərbaycana təqdim etməməsi “Əsas Məsələ”də müzakirə olunub (VIDEO)

Minalar müharibədən sonra mülki əhaliyə təhlükələr yaradır və inkişafın qarşısını alır. Ermənistan daha bir müharibə cinayəti işləyir. İşğalçı ölkə minalanmış ərazilərin xəritəsini vermir. Bu gün AzTV-nin “Əsas Məsələ” verilişinin əsas mövzusu da Ermənistanın beynəlxalq qanunları pozaraq mina xəritəsini Azərbaycana təqdim etməməsi olub.

Trend xəbər verir ki, verilişin qonaqları beynəlxalq münaqişələr üzrə ekspert Emil Həsənov, Milli Məclisin deputatı Rasim Musabəyov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildiriblər ki, minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan mülki vətəndaşlarımızı öldürməkdə davam edir. İşğalçı ölkənin bu addımı beynəlxalq hüquqa tamamilə ziddir. Ermənistanın mina xəritəsini Azərbaycana təqdim etməməsi, işğaldan azad edilmiş ərazilərin bərpasını da ləngidir.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=BaZjpuPttRY

İnformasiya dəstəkçisi TREND

Teqlər: